Dünyada əhalisi ən çox yatan ölkələr açıqlandı SİYAHI

24.01.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər ölkənin özünəməxsus həyat ritmi və buna uyğun formalaşan yuxu rejimi mövcuddur. 

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, qlobal məlumat platformalarının son statistikası dünyada ən çox yatan ölkələri üzə çıxarıb. 

Araşdırmaya görə, bəzi ölkələrdə “siesta” kimi gündüz yuxusu ənənələri ümumi yuxu müddətini artırır. Digər ölkələrdə isə gec saatlara qədər davam edən sosial həyat gecə yuxusunun azalmasına səbəb olur. Mütəxəssislər bildirir ki, yuxu müddəti təkcə bioloji ehtiyac deyil, eyni zamanda mədəni və sosial faktorlarla da sıx bağlıdır.

Statistikaya əsasən, dünyanın ən çox yatan ölkələri bunlardır:

Niderland – təxminən 8 saat 5 dəqiqə

Yeni Zelandiya – təxminən 8 saat 4 dəqiqə

Fransa – təxminən 8 saat 3 dəqiqə

Avstraliya – təxminən 8 saat 1 dəqiqə

Belçika – təxminən 8 saat 1 dəqiqə

Kanada – təxminən 7 saat 58 dəqiqə

Birləşmiş Krallıq – 7 saat 54 dəqiqə

ABŞ – təxminən 7 saat 52 dəqiqə

Yaponiya – təxminən 7 saat 30 dəqiqə

Sinqapur – təxminən 7 saat 24 dəqiqə

Rəsmi məlumatlara əsasən, Türkiyədə orta yuxu müddəti 6,8 saat təşkil edir. Bu göstərici ilə Türkiyə dünya üzrə yuxu reytinqində 20–25-ci yerlər arasında qərarlaşıb. 

Mütəxəssislər xəbərdarlıq edir ki, uzunmüddətli yuxu azlığı həm fiziki, həm də psixoloji sağlamlıq üçün risk yarada bilər.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью