Dünyada ən bahalı internet hansı şəhərlərdədir?

27.08.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə internetin ən bahalı olduğu şəhər BƏƏ-nin Əbu-Dabi şəhəri olub. Burada aylıq internetin qiyməti 102 dollar təşkil edib.

Banco.az Deutsche Bank-ın 2025-ci il hesabatına əsasən xəbər verir ki, hesabatda 60 Mbps və daha yüksək sürətə, limitsiz internet paketinə malik kabel/ADSL xidmətlərinin aylıq qiymətləri müqayisə edilib.

Dubay 101 dollarla ikinci, Qətərin paytaxtı Doha isə 87 dollarla üçüncü yerdə qərarlaşıb.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində aylıq internetin qiyməti 76 dollar olub. ABŞ şəhərləri arasında isə Boston 72 dollar, Los-Anceles 70 dollar, San-Fransisko 67 dollar və Çikaqo 66 dollarla seçilib.

Nyu-Yorkda aylıq internetin qiyməti 63 dollar, İsveçrənin Cenevrə şəhərində də 63 dollar təşkil edib. Siyahıda daha aşağı qiymətlər isə Melburn və Amsterdam kimi şəhərlərdə qeydə alınıb:

Əbu-Dabi - 102 dollar

Dubay - 101 dollar

Doha - 87 dollar

Ər-Riyad - 76 dollar

Boston - 72 dollar

Los-Anceles - 70 dollar

San-Fransisko - 67 dollar

Çikaqo - 66 dollar

Cenevrə - 63 dollar

Nyu-York - 63 dollar

Vankuver - 61 dollar

Lüksemburq - 59 dollar

Sürix - 58 dollar

Dublin - 57 dollar

Brüssel - 56 dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью