Dünyada ən çox avtomobil satan istehsalçı oldu

29.01.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Toyota Motor Corp" 2025-ci ildə qlobal avtomobil satışlarında rekord göstəriciyə nail olaraq dünyanın ən çox avtomobil satan istehsalçısı mövqeyini möhkəmləndirib.

Avtosfer.az xəbər verir ki, şirkətin "Toyota" və "Lexus" markaları ilə yanaşı, törəmə şirkətləri "Daihatsu" və "Hino Motors"un da daxil olduğu ümumi satışları illik müqayisədə 4,6% artaraq təxminən 11,3 milyon avtomobil təşkil edib.

Məlumata görə, satış artımında əsas pay Şimali Amerika və Yaponiya bazarlarında güclü tələbatın payına düşüb. "Toyota" və "Lexus" markaları ümumi satışların təxminən 10,5 milyon ədədini təşkil edib.

Bu nəticə ilə "Toyota" qlobal avtomobil satışlarında altıncı il ardıcıl liderliyini qoruyub saxlayıb. Şirkətin səhmləri isə xəbərin açıqlanmasından sonra müsbət reaksiya verib. 

Bundan əlavə "Toyota"nın satış strukturunda hibrit avtomobillər əsas artım mənbəyi olaraq qalır. 2025-ci ildə hibrit modellər ümumi satışların təxminən 42%-ni təşkil edib. Tam elektrikli avtomobillərin payı isə cəmi 1,9% olub.

Qeyd edək ki, "Toyota" 2025-ci il üzrə daha zəif satış göstəriciləri açıqlayan əsas rəqibi "Volkswagen AG"ni də geridə qoyub./Valyuta.az

Oxunub 18

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью