Dünyada ən çox hansı markanın qulaqlıqları satılır?

24.05.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin ilk rübündə dünyada 78 milyon ədəd simsiz qulaqlıq satılıb.

News24.az xəbər verir ki, “Canalys”in məlumatına görə, bazarın lideri 18,2 milyon satışla “Apple” olub və 23,3 faizlik pay əldə edib. İkinci yerdə 9 milyon satışla “Xiaomi” (11,5%), üçüncü yerdə isə 5,6 milyon satışla “Samsung” (7,1%) qərarlaşıb. “Huawei” 6%, Hindistanın “boAt” markası isə 4,9% bazar payına sahib olub.

“Apple”ın “AirPods Pro” və “AirPods Max” modelləri, “Xiaomi”nin “Buds 5 Pro” və “Redmi Buds 6”, eləcə də “Samsung”un “Galaxy Buds3 Pro” və “Buds FE” modelləri bazarda fərqlənən məhsullar arasında yer alıb. Digər markalar ümumilikdə bazarın 47,2 faizini təşkil edib./Valyuta.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью