Dünyada ən çox maaş alan futbolçu kimdir?

18.01.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"GiveMeSport" dünyanın ən yüksək maaş alan futbolçularının reytinqini dərc edib.

Oxu.Az xəbər verir ki, siyahıya "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. O, ildə 218 milyon funt-sterlinq qazanır.

Reytinqdə ikinci yerdə "Qızıl top"un səkkizqat sahibi, "İnter Mayami"nin ulduzu Lionel Messidir. Onun maaşı 103 milyon funt-sterlinqdir. Üçüncü yeri isə "Əl-Hilal"ın üzvü Neymar (84,31 milyon funt-sterlinq) tutur.

İlk onluqda, həmçinin, Kərim Benzema, Kilian Mbappe, Erlinq Holand, Vinisius Junior, Məhəmməd Salah, Sadio Mane və Kevin de Bruyne kimi ulduzlar yer alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью