Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Dünyada ən uzun çənəsi" olan yapon Takahiro Sudzuki sosial şəbəkələrdə məşhurluq qazanıb.
Oxu.Az bu barədə "South China Morning Post" nəşrinə istinadla xəbər verir.
Daha çox Conuçi kimi tanınan yaponun çənəsi əvvəllər istehza obyekti olsa da, hazırda onun əsas şəxsi brendinə çevrilib.
Sudzukinin sözlərinə görə, beş yaşı olanda çənəsinin anormal uzunluğu ətrafdakıların diqqətini çəkməyə başlayıb.
Rentgen çənə sümüyünün qəribə struktura malik olduğunu göstərib.
Həkimlər çənənin bu qədər uzunluğunun dəqiq səbəbini müəyyənləşdirə bilməyiblər.