Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Avqust ayında dünya üzrə ət qiymətləri yeni rekorda yüksəlib.
Bu artıma ABŞ və Çində mal ətinə yüksək tələbat, həmçinin ümumilikdə iri buynuzlu heyvanların sayının azalması təsir göstərib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. İyul ayında qeydə alınan əvvəlki rekord avqust göstəriciləri ilə yenilənib.
Ət istehsalını məhdudlaşdıran əsas problemlər iqlim dəyişikliyi və xəstəliklərdir. Nəticədə bəzi ölkələrdə inflyasiya daha da dərinləşib.
Məsələn, Avropa İttifaqının əsas ət ixracatçılarından biri olan Böyük Britaniyada iyul ayında mal və dana əti qiymətləri ötən ilin göstəricilərindən təxminən 25 faiz yüksək olub.
ABŞ-da inək sürülərinin sayı son onilliklərin ən aşağı səviyyəsinə düşüb.
Dünyanın aparıcı ixracatçısı Braziliyada da mal-qaranın sayı azalır.
Eyni zamanda, qeyri-sabit hava şəraiti sürülərin bərpasını çətinləşdirir.