Dünyada hər il bu qədər insan yol qəzasında ölür

28.11.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yol-nəqliyyat hadisələri dünyada insan tələfatına səbəb olan ciddi problemlərdən biri olaraq qalır.

"Cebheinfo.az" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2026-cı il tarixli məlumatına görə, dünyada hər il təxminən 1,16 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirir. Yol qəzaları 5–29 yaşlı şəxslər arasında ölümün əsas səbəbi hesab olunur.

Təşkilatın məlumatına əsasən, yol-nəqliyyat hadisələrində ölənlərin yarıdan çoxunu piyadalar, velosipedçilər və motosiklet sürücüləri kimi həssas yol hərəkəti iştirakçıları təşkil edir.

Yol təhlükəsizliyi qlobal miqyasda aktual problemlərdən biri olaraq qalır. Yüksək sürət, sürücülərin diqqətsizliyi, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi və yol hərəkəti qaydalarının pozulması qəza riskini artıran əsas amillər sırasındadır.

Bununla yanaşı, təhlükəsiz yol infrastrukturunun olmaması, piyada keçidlərinin düzgün təşkil edilməməsi və küçələrin kifayət qədər işıqlandırılmaması da insan həyatı üçün ciddi təhlükə yaradır.

ÜST yol qəzalarının qarşısının alınması üçün yalnız cərimələrin artırılmasını deyil, kompleks tədbirlərin həyata keçirilməsini vacib hesab edir.
Bu istiqamətdə sürət həddinə nəzarətin gücləndirilməsi, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat vasitələrinin təhlükəsizliyinin artırılması və yol hərəkəti qaydalarının effektiv tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью