Dünyada ilk: Süni mayalanma ilə pinqvin balası doğuldu

27.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

 Yaponiya dünyada ilk dəfə nəsli kəsilməkdə olan pinqvin balasını süni yolla yetişdirib.

Bakıvaxtı.az "Nikkei"yə istinadən xəbər verir ki, proses Yaponiyanın Vakayama prefekturasındakı Adventure World Zooparkının mütəxəssisləri tərəfindən həyata keçirilib. 

Mütəxəssislər bildiriblər ki, son onilliklərdə iqlim dəyişikliyi səbəbindən bu növün populyasiyası sürətlə azalır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısında qaya pinqvinləri nəsli kəsilməkdə olan növlər kimi qeyd olunur. Onların populyasiyası təxminən 400 min yetkin fərd olaraq qiymətləndirilir.

Zoopark rəhbərliyi bala böyüyüb müstəqil olan kimi onu ictimaiyyətə göstərəcəyinə söz verib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью