Dünyada ilk: Ukrayna robotları döyüşə göndərdi Foto

21.12.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq piyadalardan istifadə etmədən robotlar vasitəsilə hücum əməliyyatı keçirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, pulemyotlarla təchiz edilmiş onlarla robot sistemi Xarkov vilayətinin Liptsi rayonunda fəaliyyət göstərib. Əməliyyat nəticəsində Rusiya ordusunun mövqeləri uğurla məhv edilib.

Bildirilib ki, bu, dünya hərb tarixində ilk belə döyüşlərdən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью