Dünyada ilk: Uşaqlara sosial şəbəkələr qadağan oluna bilər | Icma.az
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq. Avstraliya dünyada bir ilkə imza atmağa hazırlaşır.
16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edən qanun layihəsi parlamentə təqdim edilib.
Layihəyə əsasən, qadağanı pozan sosial media platformalarına böyük məbləğdə cərimələr tətbiq ediləcək.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 14-17 yaşlı Avstraliya gənclərinin təxminən üçdə ikisi onlayn mühitdə zərərli məzmunlarla qarşılaşır.
Bunlara narkotik vasitələr, intihar və özünə zərər vermə ilə bağlı şiddət məzmunları daxildir.
Qanun qəbul olunarsa, 12 ay ərzində qüvvəyə minəcək. Instagram, TikTok və X kimi platformaların uşaqların bu qadağadan necə kənarda saxlanac
Qaydalara əməl etməyən şirkətlər 33 milyon dollara qədər cərimə ilə üzləşəcək.
Qanun layihəsi valideynlər və 18 yaşı tamam olmayan uşaqlar üçün heç bir cəza nəzərdə tutmur.
Tam oxu
Xəbəri oxu