Dünyada ilk zavod olacaq

28.01.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çinin Eyou Robot Technology şirkəti insanabənzər robotlar üçün oynaqlar istehsal edən dünyada ilk zavodu istismara verib.

"Ölkə.az" xəbər verir ki, Şanxayda yerləşən müəssisə illik 100 minədək oynaq istehsal gücünə malikdir və şirkət yaxın perspektivdə bu həcmi təxminən üç dəfə artırmağı istisna etmir.

Məlumata görə, oynaq modulları bir humanoid robotun ümumi maya dəyərinin təxminən 50 faizini təşkil edir. İstehsalçı bazarda gözlənilən sürətli böyümə ərəfəsində əsas komponentlərin tədarükçüsü kimi strateji mövqe tutmağı hədəfləyir.

Qeyd edək ki, bundan əvvəl Çində ilk dəfə qadın sinəsi olan robot da təqdim edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью