Dünyada kimin ordusu güclüdür?

05.09.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son müharibələr bir daha təsdiq edir ki, bu gün dünyada GÜC hakimdir, yaxşı ordun varsa, yaşayacaqsan. Bəs dünyada hansı ölkələrin ordusu ən güclüdür?”.

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

““Global Firepower” 2026-cı il reytinqinə hörə, hazırda dünyanın ən güclü orduları siyahısında ABŞ birinci yeri tutur. Rusiya ikinci, Çin isə üçüncü yerdə qərarlaşıb. Reytinq 145 ölkəni əhatə edir və qoşunların sayı, silahlanma, logistika, maliyyə imkanları və coğrafiya da daxil olmaqla 60-dan çox göstəricini nəzərə alır.Liderlər arasındakı əsas dəyişiklik Fransanın altıncı pilləyə yüksəlməsi olub. O, Yaponiya və Böyük Britaniyanı qabaqlayaraq Global Firepower versiyasına görə Avropanın ən güclü hərbi dövlətinə çevrilib.Braziliya 11-ci, Almaniya 12-ci, İsrail 15-ci, İran isə 16-cı yeri tutub. Ukrayna Polşanı bir qədər qabaqlayaraq 20-ci mövqədə qərarlaşıb”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью