Dünyada məni ondan çox sevən yoxdur Fotolar

20.11.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Şahzadə Harrinin xanımı Meqan Markl "Harper’s Bazaar"ın yeni nömrəsinin qonağı olub.

Axşam.az xəbər verir ki, 44 yaşlı Sasseks hersoginyası nəşrə müsahibəsində həyat yoldaşı, analıq və karyera ilə bağlı fikirlərini bölüşüb.

Markl Harri ilə bağlı bu fikirləri səsləndirib:

"O, məni cəsarətlə və sərhədsiz sevir. Medianın görmədiyi şeyləri görür. Dünyada məni ondan çox sevən yoxdur və buna görə də bilirəm ki, hər zaman yanımda olacaq".

Fotosessiya zamanı Markl "Dior", "Balenciaga" və "The" Row kimi brendlərin geyimlərində kamera qarşısına keçib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью