Icma.az bildirir, Sherg.az portalına istinadən.
25 Noyabr - Qadınlara qarşı zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı çağırışlara baxmayaraq, qadın cinayətləri və şübhəli qadın ölümləri davam edir.
Sherg.az xəbər verir ki, BMT-nin məlumatına görə, 2025-ci ildə dünyada qəsdən öldürülən 78 min qadın və qız uşağının təxminən 60 faizi partnyorları və ya ailə üzvləri tərəfindən öldürülüb. Bu, saatda orta hesabla beş qadın və ya qız uşağının öldürülməsi deməkdir.
Türkiyədə isə 2026-cı il yanvarın 1-dən noyabrın 23-dək 246 qadının kişilər tərəfindən öldürüldüyü, 109 qadının ölümünün isə şübhəli olduğu bildirilib. Beləliklə, 327 gün ərzində 355 qadın kişi zorakılığı nəticəsində və ya şübhəli şəraitdə həyatını itirib.
Noyabrın ilk 23 günündə Türkiyədə 16 qadın öldürülüb, 13 qadının ölümü isə şübhəli kimi qeydə alınıb.
Son günlər Samsun, Adıyaman və Şanlıurfada üç qadının şübhəli ölümü, Bursada isə boşanma mərhələsində olan həyat yoldaşının silahlı hücumu nəticəsində bir qadının öldürülməsi qeydə alınıb. Tekirdağda isə noyabrın 24-də 43 yaşlı Nihal Çağlar qayınatası tərəfindən bıçaqlanaraq öldürülüb.