Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müasir dövrün problemləri daha da dərinləşir və onlara yeni çağırışlar əlavə olunur.
Dünya münasibətlər sistemində qanunun gücünü güclünün hüququ əvəz edir.
"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.
O, Rusiya–Ukrayna müharibəsinə diqqət çəkərək bildirib ki, gələn ay minlərlə insanın həyatına son qoymuş qanlı qarşıdurmanın beşinci ili başlayır.
“Davam edən səylərə baxmayaraq, barışığa aparan yol hələ də tapılmayıb”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Dövlət başçısı, həmçinin yeni sınaqlarla müşayiət olunan qarşıdurmaların baş verdiyi İrandakı vəziyyətə də toxunub.
“İranda həyata keçirilməyə çalışılan ssenarini diqqətlə izləyirik. İnanırıq ki, qonşumuz bu günləri geridə qoyacaq.