Dünyada Ramos kimisi yoxdur Rekord

19.03.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real Madrid”, “Sevilya” və PSJ-nin sabiq futbolçusu, hazırda “Monterrey”də çıxış edən Serxio Ramos dünya futbolunun tarixinə düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb .

Mənbənin hesablamasına görə, o, qırmızı vərəqə sayına görə rekordçu olub. "Pumas"la matçda aldığı qırmızı vərəqə ispaniyalının karyerasında otuzuncu olub. Beləliklə, o, Felipe Baloyinin rekordunu qırıb.

Qeyd edək ki, Serxio 2025-ci ilin fevralından Meksika "Monterrey"inin şərəfini qoruyur. Sözügedən komanda hazırda 12 turdan sonra 19 xalla çempionatın turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.

Ramos bu mövsüm artıq 5 oyun keçirib və 3 qol vurub.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью