Dünyada REKORD: Bir gündə milyonlarla barrel neft daşındı KONKRET

02.09.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bazar ertəsi günü Hörmüz boğazından ümumilikdə 17 milyon barrel neft daşıyan gəmilər keçə bilib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt CNBC telekanalına müsahibəsində bildirib. O qeyd edib: “Bazar ertəsi münaqişənin başlamasından bəri göstəricilərə görə rekord gün oldu”.

Onun sözlərinə görə, əgər bu rəqəmin üzərinə boğazdan yan keçməklə neft kəmərləri vasitəsilə ixrac edilən həcmi də əlavə etsək, nəticə hərbi əməliyyatların başlamasından əvvəlki orta göstəricilərdən daha çox olacaq. Nazir etiraf edib ki, İranın boğaz vasitəsilə neft tədarükünə ziyan vurduğuna baxmayaraq, ABŞ sonda daha səmərəli tədbirlər görür.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью