Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
BMT və beynəlxalq təşkilatların hesabatlarına görə, təmiz içməli su çatışmazlığı getdikcə daha ciddi problem olur.
“Cebheinfo.az”-ın araşdırmasına görə, iqlim dəyişikliyi, əhali artımı, çayların quruması və su ehtiyatlarının düzgün idarə olunmaması səbəbindən milyonlarla insan risk altındadır. Uzun illər neft və qaz əsas strateji resurs sayılırdısa, indi bir çox ekspertlər gələcəkdə ən böyük rəqabətin su ehtiyatları uğrunda olacağını bildirirlər.
Su qıtlığı kənd təsərrüfatına da ciddi zərbə vurur. Su çatışmazlığı məhsuldarlığı azaldır, ərzaq qiymətlərini artırır və bəzi bölgələrdə qida təhlükəsizliyini risk altına salır.
Digər tərəfdən, kifayət qədər su olmayan ərazilərdən insanların başqa ölkələrə köç etməsi yeni miqrasiya dalğaları yarada bilər. Bu isə sosial və iqtisadi problemləri daha da dərinləşdirir.
Məsələ Azərbaycan üçün də aktualdır. Regionda iqlim dəyişiklikləri, quraqlıq dövrləri və su ehtiyatlarının azalması fonunda su təhlükəsizliyi strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, vaxtında düzgün addımlar atılmasa, su böhranı yaxın illərdə dünyanın ən ciddi problemlərindən birinə çevrilə bilər.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin