Dünyada stadionları ən çox dolduran klubların TOP 10 luğu

23.11.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu

Almaniyanın “Transfermarkt” portalı 2026/2027 mövsümündə ev oyunlarına orta hesabla ən çox azarkeş gələn dünya futbol klublarının reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıya Dortmund “Borussiya”sı başçılıq edir. Almaniya təmsilçisinin hər ev matçını orta hesabla 81 365 tamaşaçı stadiondan izləyir.

İkinci yerdə İtaliyanın “İnter” klubu (75 214), üçüncü pillədə isə Almaniyanın “Bavariya” komandası (75 000) qərarlaşıb.

Ev oyunlarına orta tamaşaçı sayına görə dünyanın ilk 10 klubu:

“Borussiya” (Dortmund, Almaniya) – 81 365

“İnter” (İtaliya) – 75 214

“Bavariya” (Almaniya) – 75 000

“Milan” (İtaliya) – 74 545

“Real” (Madrid, İspaniya) – 73 614

“Mançester Yunayted” (İngiltərə) – 72 395

“Atletiko” (Madrid, İspaniya) – 66 268

“Roma” (İtaliya) – 65 728

“Flamenqo” (Braziliya) – 64 711

“Betis” (İspaniya) – 63 309

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью