Dünyada təhlükəli bakteriyaların ən aktiv yayıldığı regionlar açıqlandı | Icma.az
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Honq Konq, Yeni Zelandiya və Danimarka sakinləri səyahətlərdən qayıdarkən superbakteriyaları ən çox "evə gətirənlər" sırasındadır.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə Avstraliya Milli Universitetinin alimləri gəliblər.
Araşdırmanın nəticələri "Antibiotics” jurnalında dərc olunub.
Beynəlxalq səyahətlər antibiotiklərə davamlı bakteriyaların qlobal miqyasda yayılmasında əsas rol oynayır.
Bu bakteriyaların törətdiyi infeksiyalar müalicəyə çətin tabe olur və çoxsaylı ölüm halları ilə nəticələnir.
Alimlər superbakteriyaların necə yayıldığını daha yaxşı anlamaq üçün 241 ölkədəki vəziyyəti təhlil ediblər.
Araşdırmanın aparıcı müəllifi, professor Piter Kollinyon qeyd edib: "Bu, qlobal miqyasda iki istiqamətli riskin miqdarını qiymətləndirən ilk tədqiqatdır.
Tam oxu
Xəbəri oxu