Dünyada təxminən 800 milyon insan şəkərli diabetdən əziyyət çəkir

14.11.2024

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq araşdırmaya görə, son 30 ildə bütün dünyada şəkərli diabet xəstələrinin sayı iki dəfə artaraq 800 milyonu ötüb.

Lancet-də dərc olunan qlobal təhlil, böyüklər arasında diabet nisbətlərinin 1990-2022-ci illər arasında 7 faizdən 14 faizə qədər iki dəfə artdığını və ən böyük artımın aşağı və orta gəlirli ölkələrdə olduğunu göstərib.

Tədqiqat səhiyyə sahəsində artan bərabərsizlikləri ortaya qoyub. Dünyada şəkərli diabet hallarının yarıdan çoxu dörd ölkədə cəmləşib. 2022-ci ildə şəkərli diabet xəstələrinin dörddə birindən çoxu (212 milyon) Hindistanda, 148 milyonu Çində, 42 milyonu ABŞ-da və 36 milyonu Pakistanda yaşayırdı.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью