Dünyada Türkiyəyə rəğbət artır

11.02.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Dünyada Türkiyəni müttəfiq hesab edənlərin siyahısı genişlənir.

Metbuat.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının hazırladığı 2025-ci ilə dair hesabatda bildirilir. Hesabat bir çox ölkədə aparılan sorğulardan istifadə edilərək hazırlanıb. Məlumata görə, Münhen Təhlükəsizlik Hesabatı müdafiə və xarici siyasət məsələlərini əhatə edir. “Çoxqütblülük” başlığı ilə dərc edilən hesabat Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Braziliya, Yaponiya, Kanada, Hindistan, Çin və Cənubi Afrikada aparılıb. Sorğularda daha çox rəğbət bəslənilən ölkələr Türkiyə, Cənubi Koreya, Polşa və Böyük Britaniya olub. Əvvəlki sorğuya görə, Türkiyəni müttəfiq olaraq görənlərin sayı artıb.

Cənubi Koreyadan sonra Türkiyə son bir ildə bu mənada ən çox rəğbət bəslənilən ölkə olarkən, digər ölkələr isə Böyük Britaniya, Braziliya və Polşa olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью