Dünyada vəhşi heyvan ticarətinin miqyası əvvəlki təxminləri üstələyib

12.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada qanuni və qanunsuz vəhşi təbiət ticarətinin əhatə dairəsi əvvəlki ehtimalları xeyli üstələyir.

“Nature” jurnalında dərc olunan yeni araşdırmaya əsasən, bu ticarətə cəlb olunan vəhşi təbiət növlərinin sayı təxminən 107 minə çatır. Bu göstərici əvvəlki hesablamalardan iki dəfədən çoxdur.

Araşdırma vəhşi təbiət ticarətinin yalnız ayrı-ayrı heyvan növləri ilə məhdudlaşmadığını, biomüxtəlifliyin geniş spektrini əhatə etdiyini göstərir. Həm qanuni dövriyyə, həm də qeyri-qanuni fəaliyyətlər çoxsaylı növlərin təbii mühitdən götürülməsinə və onların qorunması ilə bağlı risklərin artmasına səbəb olur.

Mütəxəssislərin diqqətə çatdırdığı əsas məsələlərdən biri bu sahədə məlumatların və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Yeni nəticələr vəhşi təbiətin qorunması üzrə strategiyaların yenidən nəzərdən keçirilməsinin, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin və qanunsuz ticarətə qarşı daha təsirli tədbirlərin görülməsinin vacibliyini gündəmə gətirir.

S.Rzayeva
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью