Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkə
“Uşaqlarımızın layiq olduğu güclü, təhlükəsiz və firavan Amerikanı yaratmayana qədər dincəlməyəcəyəm”, - o deyib.Modern.az xarici KİV-ə isti
Tramp "Vəzifə müddətim ərzində müharibə olmayacaq. Mən müharibələri dayandıracağam. Vəzifəmin 4 ilində müharibə olmayıb" deyib.
Bundan əlavə, o, ABŞ-ın siyasi kursunu 180 dərəcə döndərəcəyini və amerikalıların ölkələrində nəzarəti bərpa etdiyi dövrə qayıtmaq niyyətində olduğunu açıqlayıb.
O, həmçinin vergilərin azaldılmasını və neft hasilatının artırılmasını elan edərək, ABŞ-ın Rusiya və Səudiyyə Ərəbistanından daha çox neftə sahib olacağını vəd edib.
Xatırladaq ki, 5 noyabr seçkisində respublikaçı Donald Tramp qələbə üçün lazım olan seçici səslərinin sayını (270) toplayıb ikinci dəfə prezident Ağ Evə qayıdacaq.Bu qələbə onu Qrover Klivlenddən sonra fasilələrlə ikinci müddətə qalib gələn ilk prezident edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.