Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir çoxları hesab edir ki, işlərini Süni İntelelktə (Sİ) həvalə etməklə fəaliyyətlərini şəffaf şəkildə quracaqlar.
Ancaq Sİ bu etimadı doğrulda bilməyib. Sİ insanlardan daha tez rüşvətə və korrupsiyaya bulaşıb.
Ölkə.az xəbər verir ki, dünyada ilk dəfə Albaniya Süni İntellektdən istifadə əsasında işləyən dövlət satınlamalar naziri “Diella” qısa zamanlıq fəaliyyət dövründə 1.3 milyon avro rüşvət almaqda şübəhli bilinərək həbs edilib.
Nazir “Diella” sürətli magistrallar üzrə tenderlərin “optimallaşdırılması”na görə 14 bitkoin (təxminən 1,3 milyon avro) rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
“Newsbar”ın verdiyi məlumata görə, Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğu rəqəmsallaşdırma təcrübəsini müvəqqəti olaraq dayandırıb və "Diella"nı “oflayn-rejim”ə keçirib.
“Məlum olub ki, hər bir müqavilənin dəyərinin 10-15%-i naməlum hesablara köçürülür və Sİ bunu “standart əməliyyat protokolu” kimi dəyərləndirir.
Neyroşəbəkə bu hərəkəti cinayət deyil, zəruri hesab edib”, - məlumatda bildirilir.