Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Qloballaşma dövründə asılılıq, yaxınlıq və parçalanma Uzaq bir ölkədə baş verən iqtisadi böhra
Bir yerdə başlayan müharibə, başqa bir yerdə insanların sülhə olan inamını zəiflədir.
Əvvəllər yalnız xəritədə qonşu olan ölkələr, indi sosial mediada bir cümlə ilə bir-birinə toxunur.
Sanki dünya bir tor kimi hörülüb: iç-içə, sıx, həssas və qırılmağa meyilli… Bu torun sapları görünməzdir. Adı isə qloballaşmadır.
Əvvəllər insanlar doğulduğu kənddən çıxmadan bir ömür yaşayırdı.
İndi isə bir uşağın geyəcəyi paltarı Çində tikilir, adını Amerikada qoyurlar, gələcəyini isə süni intellekt planlaşdırır.
Bəs bu qədər “bağlantı” bizi doğrudan da bir-birimizə yaxınlaşdırırmı? Qloballaşma sadəcə iqtisadi əlaqələrin artması deyil.
O, eyni zamanda mədəniyyətlərin bir-birinə qarışması, sosial həyatın texnologiya vasitəsilə dəyişməsi və lokal kimliklərin qlobal dəyərlər qarşısında sarsılmasıdır.