Dünyanı bürüyən YENİ FIRILDAQÇILIQ ÜSULU: Saxta dəvətnamələrlə məlumatlarınız oğurlana bil…
Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Saxta toy dəvətnamələri ilə yayılan yeni kiberdələduzluq üsulu aşkarlanıb “Kaspersky” Q
Avtosfer.az xəbər verir ki, dələduzlar qurbanları saxta toy dəvətnamələri ilə aldadaraq zərərli proqram təminatını quraşdırmağa məcbur edirl
"Kaspersky" mütəxəssislərinin "Tria Stealer" adlandırdığı bu zərərli proqram “Android” cihazlara yoluxaraq istifadəçilərin şəxsi məlumatları
Dələduzluq sxemi belə işləyir: Qurbanlara toy dəvətnaməsi adı altında zərərli “Android Paket Dəsti” (APK) göndərilir.
İstifadəçi bu faylı quraşdırdıqdan sonra proqram mətn mesajları, e-poçtlar və digər şəxsi məlumatları təcavüzkarlara ötürməyə başlayır.
Eyni zamanda, hack edilmiş “WhatsApp” və “Telegram” hesabları vasitəsilə qurbanın tanışlarından pul tələb olunur.
Mütəxəssislərin bildirdiyinə görə, bu zərərli proqram cihaz üzərində geniş nəzarət imkanı əldə edir.
O, mətn mesajlarını oxumaq və qəbul etmək, zəng qeydlərini izləmək, sistem xəbərdarlıqlarını göstərmək və cihaz yenidən işə salındıqda avtomatik işə düşmək kimi funksiyalara malikdir.
Tam oxu
Xəbəri oxu