Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fosil, yəni qalıq yanacaqlardan istifadənın dünya ekologiyasına zərərləri barədə olduqca çox məlumat yayımlanır. Qalıq yanacaqlardan istifadəyə görə ölkələr iki fərqli göstəri altında cəmlənir. Onlardan birincisi ümumi istifadə həcmi, yəni ölkənin il ərzində nə qədər neft, təbii qaz və kömür istehlak etməsidir. İkincisi isə enerji balansında fosil yanacağın payı, yəni ölkənin ümumi enerji tələbatının neçə faizinin neft, qaz və kömür hesabına ödənilməsi məsələsidir. .
Our World in Data-nın Energy Institute-nin 2026-cı il statistikasına əsaslanan, 2025-ci il üzrə məlumatlarında ümumi fosil yanacaq istehlakına görə öndə olan ölkələr bunlardır:
Çin dünyada ən böyük kömür istehlakçısıdır, ABŞ isə neft və təbii qaz istehlakında liderdir. Hindistan da kömürdən geniş istifadə edən ölkələr sırasındadır. Fosil yanacaqdan daha az asılı olan ölkələr qrupunda, əsasən, hidroenerji, külək, günəş və nüvə enerjisindən geniş istifadə edən ölkələr qərarlaşır. İslandiya geotermal və hidroenerji hesabına elektrik enerjisinin böyük hissəsini təmin edir. Norveçin elektrik istehsalında hidroenerjinin payı çox yüksəkdir. İsveç hidroenerji, nüvə və külək enerjisindən istifadə edir. Fransaın elektrik istehsalında nüvə enerjisinin böyük payı var. Paraqvay elektrik enerjisini əsasən hidroenerji hesabına əldə edir. Bu ölkələr fosil yanacaqdan tamamilə imtina etmiş ölkələr deyil. Sadəcə enerji sistemlərində alternativ və aşağı karbonlu mənbələrin rolu daha böyükdür.