Dünyanı “Ebola”dan Rusiya xilas edəcək?

20.05.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə Rusiya istehsalı olan Ebola peyvəndinin istifadəsi məsələsini müzakirə edəcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Muraşko "Rospotrebnadzor"un (Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti) mütəxəssislərinin peyvəndlər və dərmanlar mövzusunda yardım göstərmək üçün hərəkətə keçdiyini bildirib. 

Muraşko Cenevrədə rusiyalı jurnalistlərə verdiyi açıqlamada "Bu məsələni ÜST-ün Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus ilə müzakirə edəcəyik", - deyə vurğulayıb. Muraşko 79-cu Ümumdünya Səhiyyə Assambleyasında iştirak etmək üçün İsveçrəyə gəlib. Muraşko yoluxucu xəstəliklərin qarşısının alınması və onlara nəzarət edilməsinin assambleyanın əsas gündəm maddələrindən biri olduğunu qeyd edib. 

Ebola epidemiyasının mərkəzi Demokratik Konqo Respublikasının (DKR) şərq hissəsində, Uqanda sərhədində yerləşən İturi əyalətidir. ÜST mayın 17-nə keçən gecə DKR və Uqandadakı Ebola epidemiyasını beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyə təhlükəsi (fövqəladə hal) elan edib. Hazırda DKR-də 500-dən çox şübhəli hal aşkar edilib və ən azı 131 nəfər həyatını itirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью