Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Jeffrey Epstein məsələsi sübut etdi ki, komplo teoriləri heç də komplo deyilmiş, dünyanı manyak, xəstə, özlərini Tanrı sayan bir qrup “elita” idarə edirmiş.
Bu sözəri Gununsesi.info-ya siyasi şərhçi Natiq Cəfərli deyib.
O bildirib ki, pandemiyanın ideoloji “atalarından” biri olan, bu mövzuda pullar xərcləyən, dünya əhalisinin çox olduğunu təhdid görən Bill Gates kimi manyaklar dünyanın ağası iddiasına düşüb, Tanrı roluna girib insanlıq adına qlobal qərarlar verməyə çalışırdılar.
O, həmçinin deyib:
“Xatırlayın, 2020-ci ildən sonra dəfələrlə “pandemiyanın” axmaqcasına idarə edilməsindən, bunun insan (belələrinə insan da demək olmur) əməli olduğundan Azərbaycanda ən çox danışıan, yazan biz idik – beyinləri yuyulmuş bir qrup səs-küylü adamlar, “liboşlar”, bizə yönəlik nələr deyirdilər, yazırdılar, adımızı “komploçu” çıxartmışdılar, təhqir belə edirdilər.
“Pandemiya” 21-ci əsrdə insanlıq əlehinə işlənmiş ən böyük qlobal cinayət idi – əminəm ki, bir müddət sonra bu məsələ də bütün çılpaqlığı ilə gün üzünə çıxacaq”.
O cümlədən Natiq Cəfərli qeyd edib:
“Dünyanı idarə edən 1% manyak, 99% əhalini axmaq yerinə qoyur, plastilin sayır, özlərini fövqəl güc hesab edirlər – bu düzən mütləq dəyişməlidir. Son 30 ildə “psevdo-liberal” və “qlobalist” elita Dünyada şərlə xeyrin yerini dəyişməyə çalışırdılar, şər olan hər bir şey təbliğ və təşviq olunurdu, sanki şeytana qulluq edirdilər. Amma xeyir gec də olsa şərə mütləq qalib gələcək”.
Maqsud