Dünyanı piyada gəzən səyyah Türkiyəyə çatıb

29.04.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Böyük Britaniyalı məşhur səyyah Karl Buşbi 50 min kilometr gələrək İstanbula çatıb.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, səyyah Gürcüstan üzərindən Türkiyəyə daxil olub.
O, İstanbula çatmaq üçün 3 ay piyada səyahət edib. Səyyah Türkiyə xalqının qonaqpərvərliyindən danışıb:
“Dərhal mənə çay və yemək təklif etdilər. Məni tanımırlar, kim olduğumu, nə işlə məşğul olduğumu bilmirlər. Bu, gündəlik həyatdan gözəl bir nümunədir. Bunu bir çox ölkədə görə bilməzsiniz”.
Qeyd edək ki, K.Buşbi bu missiyasına 1998-ci ildə Çilidən yola çıxaraq başlayıb. Meksika, ABŞ, Kanada, Rusiya, Monqolustan və Gürcüstana da səfər edib.
Xatırladaq ki, İngilis səyyah keçən il həmkarı Ancela Maksvel ilə Xəzər dənizini 41 gün ərzində üzüb keçərək Aktaudan Bakıya gəlmişdi.
Lamiyə Məmmədova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью