Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Beynəlxalq münasibətlər sistemi tarixində ikili standartlar indiki qədər kəskin olmayıb”.
Bu sözləri Milli Məclisin deputatı, siyasi şərhçi Hikmət Babaoğlu “Cebheinfo.az”-a şərhində dünyada ikili standartların hökm sürməsindən danışarkən bildirib.
Onun sözlərinə görə, bütün dünya ölkələri yeni qlobal nizama ehtiyac duyur.
“İkili standartlar 21-ci əsrdə beynəlxalq münasibətlər sisteminin formalaşmasına təsir göstərən siyasi təfəkkürün keyfiyyətindən irəli gəlir.
Yeni əsri fərqli sivilizasiyalar kontekstində xarakterizə etsək, beynəlxalq münasibətlər sisteminə bir-birilə ziddiyyət təşkil edən ideyaların daxil olduğunu görərik.
Bu gün sivilizasiyaların qarşıdurması fonunda Avropada radikal qüvvələrin təsiri çox artıb.
Qərbdə islamafob və ksenefob dairələr sivilizasiyaların bölünməsinə gətirib çıxaran terminlər aktuallaşdırıb.