Dünyanı “super bit” basacaq Başınızı qoruyun

22.09.2026

Icma.az, Medicina saytına istinadən bildirir.


Daha çox uşaqların və kasıb ölkələrdə gigiyenasız qalan insanların yayda başında aşkarlanan və çoxalan bitlərin mutasiyaya uğradığı bildirilir.

Medicina.az xəbər verir ki, alimlər illərdir bitlərin genetik dirənc göstərdiyini izləyir. Belə ki, şampun, dərman və s. vasitələr artıq indiki bitlərə təsir edə bilmir. Hazırda super bitlər erasının olacağı gözlənilir.

Bu gün məktəblərdə valideynlərə çox nazik, sıx bit darağı ilə saçların hər gün daranması, bitlərin başdan tökülüb, kənarda məhv edilməsi tövsiyə olunur. Qorunmaq üçün satılan kosmetik bitki spreyləri, özəl saç tokaları da işə yaramır.

Alimlər saç-saqqal təmasını azaltmağı, gigiyena qaydalarına əməl etməyi, saçları vaxtında kəsdirməyi,şəxsi əşyaları, daraq, dəsmal və papaqları heç kimə verməməyi, başında bit olan uşağın kollektivə, məktəbə göndərilməməsini tövsiyə edir.

Aygün Musayeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью