Dünyanın 1 nömrəli raketka ustası yarımfinalda İdman və Biz

15.11.2024

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliyada keçirilən ATP ilin yekun turnirində ilk yarımfinalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, A qrupunda mübarizəyə yekun vurulub.

Hər 3 görüşünü qələbə ilə başa vuran Yannik Sinner (İtaliya) qrup lideri olub. Dünyanın 1 nömrəli raketka ustası son turda Daniil Medvedyevə (Rusiya) qalib gəlib - 2:0 (6:3, 6:4).

Amerikalı Teylor Frits 1/2 finala yüksələn digər tennisçi olub. O, keçirdiyi 3 görüşün 2-də qələbə qazanıb.

Qeyd edək ki, turnirin qalibinin adına bazar günü aydınlıq gələcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью