Icma.az bildirir, Idman.biz portalına istinadən. Cərimə meydanının mərkəzindən vurulan zərbələr üzrə ən yaxşı klublar bəlli olub.
İdman.biz xəbər verir ki, CİES dünyanın ən güclü 63 liqası ilə bağlı araşdırmalarının nəticələrini açıqlayıb.
Cari mövsümün oyunlarının nəzərə alındığı siyahıya “Sportinq” başçılıq edir.
Portuqaliya klubu penalti nöqtəsi yaxınlığında hamıdan güclüdür.
Lissabon klubu bu sahədən hər matçda orta hesabla 9,09 zərbə endirib, rəqiblərinə isə 2,18 belə fürsət verib.
“Sportinq”i üstünlüyü 6,91-ə bərabərdir. “Şanxay Port” 6,56 ilə ikinci, “Bavariya” 6,00 ilə üçüncüdür.Azərbaycan klublarının göstəriciləri d
İki təmsilçimiz ön sıralardadır. “Qarabağ” dünyada 25-cidir. Ağdam klubu 3,92 zərbəlik üstünlük qazanıb.
Qurban Qurbanovun yetirmələri hər oyunda 6,67 dəfə təhlükəli nöqtələrdən zərbə endiribsə, rəqiblərinə 2,75 fürsət verib.