Dünyanın 6cı ən varlı adamı “Omaha kahini”: | Icma.az
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Niyə var-dövlətini ailəsinə vermir?
Təxminən 150 milyard dollarlıq sərvətlə dünyanın 6-cı ən varlı adamı olan "Berkshire Hathaway"-in CEO-su Warren Baffett “sülalə” üslubunda sərvət yaratmağa qarşı olduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, əvvəllər sərvətinin 99 faizini bağışlamağa söz verən əfsanəvi investor Baffet bu yaxınlarda xeyriyyəçilik fəaliyyətlərinə nəzarət etmək üçün üç müstəqil vəkil təyin edib.
Baffetin 71, 69 və 66 yaşlı övladları miraslarını xeyriyyəçiliyə paylamadan vəfat edərsə, sözügedən üç nəfər paylamanın tamamlanmasına cavabdeh olacaq.
94 yaşlı Baffet, həmçinin ailəsinə məxsus 1,1 milyard dollar dəyərində daha bir "Berkshire Hathaway" səhmlərini dörd fonda bağışladığını açıqlayıb.
“Omaha kahini” ləqəbli Buffet sərvətini niyə üç övladına buraxmadığı ilə bağlı açıqlama da verib.
O, “sərvət sülalələrinin” şəxsi inkişafı zəiflədə və münasibətləri çətinləşdirə biləcəyini söyləyib.
Bundan əlavə, o bildirib ki, gələcək nəsillərin bu sərvəti necə idarə edəcəyinin gözlənilməzliyi sosial qeyri-müəyyənliklərə səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu