Dünyanın bir hissəsi su altında qalacaq

03.06.2025

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


2020-ci ilə nisbətən buzlaqlar kütləsinin 39 faizini itirəcək. Artıq bu, qarşısıalınmaz prosesdir.
Reyting.az
xəbər verir ki, yeni bir araşdırmaya görə, buzlaqların əriməsi dəniz səviyyəsinin təxminən 11 santimetr qalxmasına səbəb olacaq.
Avstriyanın İnsbruk Universitetinin mütəxəssisi Lilian Şusterin rəhbərlik etdiyi araşdırmanın nəticəsinə görə, hər 0,1 dərəcə istiləşmə buzlaqlarda 2 faiz daha çox itki deməkdir. “Qlobal istiləşməni bir onda bir dərəcə azaltmaq belə buzlaqları daha çox qoruya bilər”,- mütəxəssis əlavə edib.
Aparılan araşdırmalar nəticəsində alimlər belə qənaətə gəliblər ki, ABŞ, Qərbi Kanada, Şimal-Şərqi Kanada, Skandinaviya və Rusiyanın Arktika bölgəsi su altında qalmaq üçün daha çox risk altındadır.
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью