DÜNYANIN BİR NÖMRƏLİ VOR ZAKONUNA MƏSLƏHƏT

25.12.2024

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uşaq da bilir ki, bütün müharibələr pul tələsidi. Özündənrazı dövlətlər, başda ABŞ olmaqla bu müharibələrdən insan qırğınlarının hesabına ölçüyə gəlməyəcək dərəcədə pul qazanırlar. Nə qədər ərəb ölüb, nə qədər rus, ukraynalı ölüb, nə qədər ölkələr  yerlə-yeksan olub, milyonlarla insan öz yurd-yuvasından didərgin düşüb, bu onları  maraqlandırmır, təki pul gəlsin. Həm də silah-sursatlarını  satsınlar, qazanc əldə etsinlər. 

Mən belə bir  məsləhət verərdim. ABŞ müharibədən nə qədər pul qazanır hesablasın və onu dünyadakı 200 ölkənin arasında bölüşdürsün. Hər bir dövlətin damarına baxıb qanını  alsın.

Və «vor zakon» kimi   həmin ölkələrə  illik xərac kəssin, dünyanın canı da müharibələrdən qurtulsun. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью