Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyanın bir sıra liderləri ABŞ Prezidenti Donald Trampı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
Manset.az xəbər verir ki, onlar "X"dəki hesablarında növbəti prezidentlik müddətində Trampa uğur arzulayıblar.
Almaniya kansleri Olaf Şolts təbrikində ABŞ-nin Berlinin ən yaxşı müttəfiqi olduğunu bildirib: “Siyasətimizin məqsədi həmişə yaxşı transatlantik əlaqələrdir”.
Böyük Britaniyanın Baş naziri Kir Starmer də Tramp təbrik edib.
O bildirib ki, Britaniya və ABŞ arasında əlaqələr gələcək illərdə də çiçəklənməyə davam edəcək.
Pakistanın Baş naziri Şahbaz Şərif Vaşinqtonla ikitərəfli əlaqələri gücləndirməyi səbirsizliklə gözlədiyini bildirib: “Donald Trampa ikinci prezidentlik müddətində uğurlu fəaliyyət arzulayıram”.
İsrail Prezidenti Benyamin Netanyahu da Trampı təbrik edib və ona ən xoş arzularını çatdırıb.