Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avstraliyanın qərb sahillərində 13 yaşlı oğlan axına qapılan ailəsini xilas etmək üçün nəhəng dalğalara qarşı kilometrlərlə üzərək inanılmaz qəhrəmanlıq nümayiş etdirib.
Metbuat.az xəbər verir ki, Geographe körfəzində qayıqla üzməyə başlayan ailə güclü küləyin təsiri ilə sahildən uzaqlaşıb. 13 yaşlı oğlan kömək çağırmaq üçün sahilə doğru avar çəkməyə başlayıb. Qayığa su dolmaya başlayandan sonra o, suya tullanıb və təxminən dörd kilometr üzüb. Yeniyetmə intensiv üzmək üçün xilasetmə jiletini çıxarıb. 4 saat üzəndən sonra o sahilə çatıb və kömək çağırıb. Xilasedicilər ailə üzvlərini sahildən 14 kilometr məsafədə xilas edib.