Dünyanın “dərin dövləti” Vatikanla Bakını nə birləşdirir? | Icma.az
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vəfat edən Roma Papası Qarabağ məsələsində bitərəf rol tutmağa çalışıb; 1 milyard yarıma yaxın insanın qibləsi Vatikan dünyada geopolitik siyasətə ciddi təsir gücünə malikdir Avropa İttifaqının Brüsseldəki rəsmi orqanları Roma Papası Fransiskin (Xorxe Mario Berqolyo) vəfatı ilə əlaqədar bayraqları yarıya qədər endiriblər.
Roma Papasının vətəni Argentinada bir həftəlik, İspaniyada isə üç günlük matəm elan edilib. Braziliyada da bir həftəlik matəm elan olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı məktubu ünvanlayıb.
Vatikan dedikdə həm kilsə, həm də dövlət nəzərdə tutulur və bu ikili mövqe də ona dini həyatda və dünya siyasətində xüsusi rol oynamağa imkan verir.
Birincisi, Katolik Kilsəsinin rəhbərliyi var - Papa (Roma yepiskopu) və Roma Kuriyası (müxtəlif şöbələr) tərəfindən təmsil olunan Müqəddəs Taxt-Tac.
Bu, kilsənin mərkəzi idarəetmə orqanı, beynəlxalq hüquq nöqteyi-nəzərindən müstəqil suverenliyə, hüquqi şəxs statusuna malik olan, ona BMT-də daimi müşahidəçi olmağa, müqavilələr bağlamağa, diplomatik əlaqələr qurmağa və diplomatik nümayəndələr qəbul etməyə imkan verən bir qurumdur (diplomatik nümayəndəliklər Müqəddəs Taxt-Tacda akkreditə olunur).
Müqəddəs Taxt-Tac ömürlük seçilən Papanın rəhbərlik etdiyi teokratik seçkili monarxiyadır.
Tam oxu
Xəbəri oxu