Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu həmişə belə olub.
Dünyanın rəngarəngliyini dəyişmək insanın yaradılış xislətidir. İnsan qurtula bilmədiyi hər şeyi dəyişmək istəyir.
Dəyişə bildiklərinə gülümsəyir, kədərlənir… Dəyişə bilmədiklərinə isə həsrətlə baxır.
Axı təbiətən insan qazana bilmədiklərinə həsəd çəkən bir varlıqdır. Qazandıqlarının isə təəssüf ki, dəyərini bilmir.
Həmişə belə olmasa da əksər hallarda belə olur. Necə deyərlər, istisnalar qaydaları pozmur.
Bəzən olur ki, insan ətrafındakı insanlara adlar, rollar, gözləntilər yükləyir.
Birini xilaskar, birini güvənc yeri, birini inam yeri, birini sonsuz sevgi mənbəyi kimi görür və ya təsəvvür edir.
Belə olan halda qarşımızdakı insan özünü unudur. Kimin üçünsə var olduğunu qəbul edir, nə üçünsə yaşadığını qavrayır.