Dünyanın diqqəti Nepal və Tibetdəki fəlakətə yönəlib

27.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dünya gündəminin əsas mövzularından biri Nepal və Çinin Tibet Muxtar Rayonunda baş verən dağıdıcı daşqındır. Himalaylarda buzlaq sürüşməsi nəticəsində yaranan güclü sel böyük dağıntılara və insan tələfatına səbəb olub.

Reuters-in  son məlumatına görə, Nepal və Tibetin müxtəlif ərazilərində 1 500-ə yaxın insan itkin düşüb. Onların arasında təxminən 800 xarici vətəndaşın olduğu bildirilir. Nepal polisi ölkədə ən azı 165 nəfərin həlak olduğunu təsdiqləyib. Xilasetmə əməliyyatları davam etdirilir və tələfatın artacağı istisna edilmir.

Fəlakət Himalaylarda böyük həcmdə palçıq və qaya kütləsinin çay yatağına çökməsindən sonra baş verib. Güclü sel yaşayış məntəqələrini, yolları və digər infrastrukturu dağıdıb. Xilasetmə işlərinə 5 mindən çox əməkdaş və helikopterlər cəlb olunub. Fəlakət zamanı müqəddəs Kailaş-Mansarovar məkanına səfər edən zəvvarların da zərər çəkdiyi bildirilir.

Agentliyin ayrıca yaydığı məlumatda Nepaldakı itkin turistlərin milliyyətləri ilə bağlı ilkin siyahı da açıqlanıb. Məlumata görə, itkin düşən 579 turistin 400-dən çoxu əcnəbilərdir.

Nurəngiz Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью