525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-də bir vaxtlar dünyanın ən ağır qadını olmuş və bu göstərici ilə Ginnesin rekordlar kitabına düşmüş Polin Potter 62 yaşında vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun oğlu Dillon Bruks mətbuata bildirib.
Yanvarda keçirdiyi avtomobil qəzasından sonra Potterin səhhətində bir sıra problemlər, o cümlədən, ürək və nəfəs çatışmazlığı, həzm pozuntusu aşkarlanmışdı. Hətta həkimlər onun çox yaşamayacağını bildirmişdilər.
Qeyd edək ki, Polin Potter 2015-ci ildə 307 kq çəkisi olarkən dünyada məşhur olmuşdu. Daha sonra 200 kiloqrama yaxın çəki atan qadın bunun üçün hətta bir neçə dəfə əməliyyat da keçirmişdi.
L.Tağıyeva