Dünyanın ən azad iqtisadiyyatı seçildi

07.10.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Honq Konq dünyanın ən yüksək iqtisadi azadlıq səviyyəsinə malik ölkə və ərazilər sırasında ilk pillədə qərarlaşıb.

Banco.az xəbər verir ki, bu barədə Kanadanın "Fraser" İnstitutu tərəfindən dərc olunan “Dünyanın İqtisadi Azadlığı” hesabatında qeyd olunub.

Hesabatda 165 ölkə və ərazi qiymətləndirilib. Honq Konq 8,53 balla birinci yeri tutub. Bununla belə, onun göstəricisi əvvəlki illə müqayisədə 0,02 bal azalıb.

Reytinqdə İsveçrə ikinci, Sinqapur üçüncü, Yeni Zelandiya dördüncü, ABŞ isə beşinci yerdə qərarlaşıb.

Hesabat hazırlanarkən iqtisadi tənzimləmənin səviyyəsi, beynəlxalq ticarətə açıqlıq, dövlət sektorunun ölçüsü, hüquq sisteminin vəziyyəti, mülkiyyət hüquqlarının qorunması və valyuta sabitliyi kimi göstəricilər nəzərə alınıb.

Bundan əlavə, müxtəlif ölkə və ərazilərdə insanların iqtisadi qərarlar qəbul etməkdə malik olduğu azadlıq səviyyəsi də qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью