Dünyanın ən bahalı 10 milli komandası hansılardır?

25.09.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Dünyanın ən bahalı 10 milli komandası hansılardır?

Dünyanın heyət dəyəri ən yüksək olan futbol yığmalarının siyahısı açıqlanıb.

QOL.az xəbər verir ki, “Transfermarkt”ın məlumatları əsasında hazırlanan və “Marca”nın təqdim etdiyi siyahıya İngiltərə millisi başçılıq edir. Komandanın ümumi heyət dəyəri 1,78 milyard avro qiymətləndirilir.

Fransa 1,44 milyard avro ilə ikinci, İspaniya isə 1,35 milyard avro ilə üçüncü yerdədir.

İlk “10-luq” belədir:

1. İngiltərə — 1,780 milyard avro
2. Fransa — 1,440 milyard
3. İspaniya — 1,350 milyard
4. Almaniya — 1,300 milyard
5. Portuqaliya — 1 milyard
6. Argentina — 959,5 milyon
7. İtaliya — 869,5 milyon
8. Braziliya — 851 milyon
9. Niderland — 828 milyon
10. Norveç — 618,1 milyon avro

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью