Dünyanın ən bahalı iPhone u Türkiyədə satılacaq

12.09.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Apple”ın ilk qatlanan smartfonu “iPhone Duo”nun Türkiyədə dünyanın ən yüksək qiymətinə satılacağı bildirilir. Modelin 256 GB yaddaşa malik baza versiyasının qiyməti ABŞ-dakından 2,3 dəfə baha olacaq.
Bizim.Media xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “iPhone Duo”nun 256 GB-lıq versiyası bu ölkədə 229 999 lirəyə – təxminən 4,7 min dollara təklif ediləcək.
Bu məbləğ Azərbaycan valyutası ilə təxminən 8 min manat edir.
Müqayisə üçün, cihazın ABŞ-də rəsmi başlanğıc qiyməti 1999 dollar, yaxud mövcud məzənnə ilə təxminən 3400 manatdır. “Apple” yeni modelin oktyabrın 23-dən satışa çıxarılacağını açıqlayıb. (modern.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью