Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın ən bahalı iPhone-u satışa çıxarıldı - VİDEO Birləşmiş Ərəb Əmirliklərində yerləşən dəbdəbəli smartfon şirkəti Caviar inqilabi addım ataraq indiyə qədər istehsal olunmuş ən bahalı iPhone 16 Pro Max modelini yaratdı.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Caviar-ın "Böyük", "Qorxulu" və "Möhtəşəm" kimi xarakterizə etdiyi yeni model qiymətli daşlarla bəzədilmiş xüsusi dizaynı ilə diqqət çəkir.
Tarixi şəxsiyyətləri simvolizə edən detalları bir araya gətirən arxa örtük Qanuni Sultan Süleyman, Böyük Karl və İvan Dəhşətli kimi ikonik hökmdarların taclarından ilhamlanıb.
Tacın arxa tərəfində Sultan Süleymanın qızıl dəbilqəsi, Böyük Karlın Roma İmperator tacının zərif daşları və İvan Dəhşətlinin Monomax papağından ilhamlanmış xaç var.
Dizaynında 1 kilodan çox qızıldan istifadə edən Caviar, 750 dərəcədə işlənmiş bu telefona 402 almaz, yaqut və sapfir əlavə etdi.
Həqiqi dəri üzərində yerləşdirilmiş qiymətli daşlar iPhone-a dəbdəbəli görünüş verib.
Arxa qapağın tərtibatında botanika motivlərinə və Şərq estetikasına üstünlük verilmişdir.