Dünyanın ən bahalı klublarının siyahısı açıqlandı

14.11.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Dünyanın ən bahalı komandalarının siyahısı açıqlanıb, "Real Madrid" 1.36 milyard avro ilə bütün rəqiblərini qabaqlayıb.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, "Mançester Siti" 1.26 milyard avro ilə ikinci, "Arsenal" isə 1.16 milyard avro ilə üçüncü olub.

Dördüncü pillədəki "Çelsi"nin dəyəri 963 milyon avrodur. İlk beşliyi 939 milyon avro ilə "Barselona" tamamlayıb.

Qeyd edək ki, siyahıda Türkiyə nəhənglərinin də adları var. "Qalatasaray" 262 milyon avro ilə 47-ci, "Fənərbağça" 226 milyon avro ilə 54-cü, "Beşiktaş" 140 milyon avro ilə 81-ci, "Trabzonspor" isə 105 milyon avro ilə 99-cu pillədə qərarlaşıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью